20 bələdiyyənin nümayəndələri enerji və iqlim planlaşdırılması üzrə təlim keçib
Oktyabrın 5–9-da “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsünə qoşulmuş 20 bələdiyyənin nümayəndələri üçün dayanıqlı enerji və iqlim üzrə fəaliyyət planının hazırlanmasına dair təlimlər keçirilib. Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının məlumatına görə, iştirakçılar dörd qrupda təmsil olunublar. ABMA.
Proqramda enerji istehlakı və istixana qazı emissiyalarına dair məlumatların toplanması, ilkin emissiya inventarı, iqlim risklərinin qiymətləndirilməsi və fəaliyyət planının hazırlanma üsulları müzakirə edilib. Təlim iştirakçılara nəzəri və praktiki bilik verməyə yönəlib. ABMA.
Təlimdə təmsil olunan bələdiyyələrin siyahısı rəsmi məlumatda yer alır. Bələdiyyələrlə bağlı ümumi məlumatı bələdiyyələr bölməsində tapa bilərsiniz.