Vüsal MİRZƏYEV
Vüsal
MİRZƏYEV
Dövlət
və bələdiyyə idarəçiliyi üzrə ekspert,
IFES
Bələdiyyə mülkiyyəti yerli özünüidarənin iqtisadi əsası kimi
Bələdiyyələrin təşkilinin və fəaliyyət göstərməsinin əsas şərtlərindən biri
bələdiyyələrin iqtisadi əsaslarının müəyyən olunmasıdır. İqtisadi əsasları
müəyyən edilməmiş bələdiyyənin sözün əsl mənasında fəaliyyət göstərməsi
qeyri-mümkündür. 27 iyul 1999-cu il tarixindən qüvvədə olan «Bələdiyyələrin
Statusu Haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə görə yerli
özünüidarənin iqtisadi əsaslarını bələdiyyə mülkiyyəti; yerli maliyyə; dövlət
mülkiyyətində olan və bələdiyyəlrin istifadəsinə verilmiş və həmçinin bələdiyyə
əhalisinin təlabatının ödənilməsinə xidmət edən əmlak təşkil edir.
Bələdiyyə
mülkiyyəti bələdiyyənin iqtisadi əsasının ən mühümüni təşkil edir. Bələdiyyə
mülkiyyəti bələdiyyənin müstəqil şəkildə fəaliyyət göstərməsinin zəruri
şərtlərindən biridir.
Bələdiyyə
mülkiyyətinin formalaşmasının hüquqi əsasını «Azərbaycan Respublikası
Konstitusiyası», «Mülki Məcəllə», «Bələdiyyələrin Statusu Haqqında» Azərbaycan
Respublikası Qanunu, «Bələdiyyə Mülkiyyətinə Əmlakın Verilməsi Haqqında»
Azərbaycan Respublikası Qanunu v.s. normativ-hüquqi aktlar təşkil edir.
Konstitusiyaya görə dövlət yerli özünuidarəetməni tanıyaraq və onun fəaliyyətinə
təminat verməklə onun iqtisadi şərtlərini də müəyən edir. Bu özünü mülkiyyətin
digər növləri ilə bərabər bələdiyyə mülkiyyətinin də tanınmasında göstərir.
Beləki Konstitusiyasının 13-cü maddəsində qeyd edilmişdir ki mülkiyyətin digər
növləri – dövlət və xüsusi mülkiyyətlə bərabər bələdiyyə mülkiyyəti də
toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
«Bələdiyyələrin
Statusu Haqqında» Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə müfaviq
olaraq bələdiyyə mülkiyyətinin tərkibi aşağıdakı kimi göstərilmişdir:
·
yerli
vergilər və ödənişlər hesabına formalaşan yerli bütcənin vəsaiti ,
·
bələdiyyələrin
bütcədənkənar fondları,
·
bələdiyyə
əmlakı,
·
bələdiyə
torpaqları, habelə digər təbii resurslar
·
bələdiyyə
müəssisələri və təşkilatları,
·
bələdiyyə
mənzil fondları və qeyri-yaşayış binaları,
·
dövlət
və xüsusi mülkiyyətdə olmayan yollar,
·
bələdiyyə
təhsil, səhiyyə, mədəniyyət və idman müəsisələri,
·
digər
daşınar və daşınmaz əmlak daxildir.
Bələdiyyənin mülkiyyət hüququna mənsub olan əmlakın yaranma mənbələri 15 yanvar
2000-ci ildən qüvvəyə minmiş «Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi» haqqında
Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi ilə tənzimlənir. Beləki,
qanunvericiliyə görə bu mənbələr aşağıdakılardır:
·
bələdiyyələrin mülkiyyətinə verilən dövlət əmlakı;
·
bələdiyyələrin fəaliyyəti nəticəsində əldə olunan və yaradılan əmlak;
·
fiziki və
hüququ şəxslərin , beynəlxalq təşkilatların və fondların bələdiyyələrə könüllü
maddi yardım şəklində verdikləri əmlak;
·
varisi
olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak;
·
bələdiyyələrə vəsiyyət edilən əmlak.
Burda
əsas məsələ dövlət tərəfindən verilən əmlakın tərkibi və verilmə prosedurası ilə
bağlıdır. Bir şeyi unutmaq lazım deyil ki, bələdiyyə mülkiyyətnin yaranması və
formalaşması prosesi dövlət mülkiyyətindən bələdiyyələrə əmlakın ayrılmasından
çox asılıdır.
Qanunvericiliyə görə dövlət bələdiyyə mülkiyyətinə ilk növbədə onların
fəaliyyətini təmin etmək üçün lazımi inzibati binalar, otaqlar və avadanlıqlar
verməlidir. Bundan sonra isə dövlət mülkiyyətində olan və bələdiyyələrin
səlahiyyətlərinin həyata keçirilməsi üçün zərüri mənzil-kommunal , sosial və
mədəniyyət obyektləri, əhalinini ümumi istifadəsində olan obyektlər və digər
dövlət əmlakı onların mülkiyyətinə verilməlidir. Bələdiyənin mülkiyyətinə verilə
bilən müəssisə və obyektlərin, binaların, tikililərn, qeyri-yaşayış sahələriin,
qurğuların və avadanlıqların, habelə ümumi istifadə obyektlərinin siyahısı və
bələdiyyələrə verilməsi müddətləri hər bir bələdiyyə ərazi üzrə Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyinin bələdiyyələr və yerli icra
hakimiyyəti orqanları ilə razılaşdırılmış təqdimatı əsasında Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Bundan
başqa qanunvericiliklə özəlləşdirilməsi qadağan edilən və ya Azərbaycan
Respublikası Prezidentinin və Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nəzirliyinin qərarı ilə özəlləşdirilən dövlət əmlakı (o cümlədən həmin əmlak
yerləşən torpaq sahələri, özəlləşdirilənə qədər dövlət mülkiyyətində qalan
dövlət əmlakı və fiziki və ya qeyri-dövlət hüquq şəxslərinin vəsaiti hesabına
inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələri ) istisna olmaqla,
bələdiyyələrin ərazilərində yerləşən digər dövlət əmlakı da onların mülkiyyətinə
verilməlidir. Dövlət əmlakının bələdiyyə mülkiyyətinə verilməsi Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən əvəzsiz həyata keçirilir.
İndi isə
gəlin baxaq görək bələdiyyə mülkiyyətinə dövlət əmlakının verilməsi hansı
prosedurlar əsasında mümkündür.
Ümumiyyətlə bələdiyyə mülkiyyətinə dövlət əmlakı bələdiyyələr tərəyfindən bu
əmlakdan istifadə etmə imkanı yarandıqda onların müraciəti əsasında verilir.
Əvəvəlcə bələdiyyə mülkiyyətinə verilən əmlakın siyahısı (o cümlədən inzibati
binalar, otaqlar və avadanlıqlar) Azərbaycan Respublikası Nazirlər Kabineti
tərəfindən müəyyən edildikdən sonra bələdiyyə qurumları Azərbaycan Respublikası
İqtisadi İnkişaf Nazirliyinə ərizə ilə müraciət etməlidir. Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyi daxil olmuş müraciətlərin əsaslığını
yoxlayır. Həmən müraciətdə göstərilən dövlət əmlakının, o cümlədən ümumi
istifadə obyektlərinin bələdiyyə mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdursa,
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən 10 gün ərzində
müvafiq akt tərtib edilməlidir.
Bələdiyə
mülkiyyətinə daşınmaz dövlət əmlakının keçməsi mülkiyyət şəhadətnaməsinin
verilməsi yolu ilə rəsmiləşdirilir. Mülkiyyət şəhadətnaməsini dövlət adından
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilir. Bələdiyyə
mülkiyyətinə daşınmaz dövlət əmlakının verilməsi Azərbaycan Respublikasında
dövlət əmlakının registrində müvafiq qeydiyyatlar aparılmaqla və Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə və Dövlət Statistika Komitəsinə məlumat
verməklə keçirilir.
Bələdiyyələrin ümumi istifadə obyektlərinə mülkiyyət hüququ həmin obyektlərin
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyindən təhvil-təslim aktı
əsasında qəbul edildiyi andan yaranır.
Amma çox təssüflər olsun ki, bu qanunun qəbul olunmasından 3 il keçməsinə
baxmayaraq hələ də bələdiyyələrə səlahiyyətlərini həyata keçirmək üçün lazım
olan əsas dövlət əmlakları verilməmişdir.
Bir şeyi
unutmamalıyıq ki, dövlət mülkiyyətindən bələdiyyələr üçün ayrılan əmlak payı
bələdiyyə orqanlarının fəaliyyətində mühüm əhəmiyyət kəsb etdiyindən bu bölgü
olduqca ədalətli və müəyyən prinsiplər daxilində aparılmalıdır. Prosesin bu
tələblər daxilində aparılmaması bələdiyyə orqanlarının fəaliyyətində ciddi
maneələr yarada və ümumən götürdükdə yerli özünütdarəetmənin təkmilləşdirilməsi
və demokratikləşdirilməsində arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Bələdiyyələrin sosial-iqtisadi inkişafı bələdiyə mülkiyyətinin strukturundan və
idarə olunmasından asılıdır. Qanunvericiliyə görə bələdiyyələr müstəqil surətdə
bələdiyyə mülkiyyətini idarə edirlər. Bu norma öz əksini «Bələdiyyələrin statusu
haqqında» Azərbaycan Respublikası Qanununda tapmışdır. Qanunun 33.2-ci
maddəsində qeyd olunur ki, bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak
barəsində mülkiyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları
ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir.
Bələdiyyə
qurumları bələdiyyə mülkiyyəti üzərində sahiblik, ondan istifadə və sərəncam
hüququnu həyata keçirərək bələdiyyə mülkiyyəti obyektlərini , fiziki və hüququ
şəxslərin müvəqqəti və ya daimi istifadəsinə , icarəsinə verə bilər. Həmçinin
qanunla məyyənləşdirilmiş qaydada bələdiyyə mülkiyyətini özgəninkiləşdirə bilər,
habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya balər,
özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini
müqavilə və sazişlərdə müəyyənləşdirə bilər.
Bələdiyyə
orqanları müstəqil surətdə bələdiyyə mülkiyyətini idarə edir. Bələdiyyə
orqanlarının bələdiyyə mülkiyyətinin idarə olunmasında səlahiyyətləri aşağıdakı
proseslərlə bağlıdır:
·
Bələdiyyə
mülkiyyətinin formalaşdırılması prosesi
·
Özəlləşdirmə prosesi. Bu prosesin özü bələdiyyə mülkiyyətinin formalaşmasına
əsaslı surətdə təsir edir.
·
Bələdiyyə
orqanları tərəfindən bələdiyyə əmlakının mülkiyyətçisi hüququnun həyata
keçirilməsi prosesi.
Bələdiyyələr hüquqi şəxs kimi öz adlarından müstəqil şəkildə çıxış edə bilər.
Xüsusilə vurğulamaq istərdim ki, bələdiyyə qurumları adından əmlak və şəxsi
qeyri-əmlak hüquqlarının əldə edilməsi və həyata keçirilməsi hüququ yalnız yerli
özünüidarə orqanlarına aiddir.
Bələdiyylər qanunla nəzərdə tutulan qaydada təsərrüfat fəaliyyəti ilə və qanunla
qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər
yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilər. Məhz
yerli özünüidarə orqanları bələdiyyə mülkiyyətinin idarə edərək müstəqil surətdə
mülki və təssüfat dövriyyəsinə daxil olurlar.
Yerli
özünüidarə orqanları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və
təşkilatlarla münasibətlərini qanuna uyğun quraraq aşağıdakıları həyata keçirir:
·
Müəssisə,
idarə və təşkilatların fəaliyyətinin məqsədini, şərtlərini və qaydasını
müəyyənləşdirir;
·
Onların
məhsul və xidmətlərinin qiymət və taarifləri üzərində tənzimləməni həyata
keçirir;
·
Onların
rəhbərlərini təyin və azad edir;
·
Onların
nizamnaməsini təsdiq edir;
·
Həmin
müəssisə , idarə və təşkilatların hesabatını dinləyir.
Əmlakı
təsərrüfat idarəsinə təhkil olunmuş unitar bələdiyyə müəssisələri müəyyən hədd
çərçivəsində bu əmlakı idarə etmək, istifadə etmək və onun barəsində sərəncam
vermək hüququna malikdir. Müəssisə yerli özünüidarə orqanlarının razılığı
olmadan özünun təsərrüfat idarəsində olan əmlakı satmaq, icarəyə vermək, girov
qoymaq, təsərrüfat birliklərinin və yoldaşlıqlarının nizamnamə kapitalına daxil
etmək və digər yollarla bu əmlak üzərində sərəncam vermək hüququ yoxdur.
Bələdiyyə
müəssisə, idarə və təşkilatların gəlirlərinin bir hissəsi yerli büdcənin
hesabına keçirilir.
Bələdiyyə
mülkiyyəti strukturunun müəyyənləşdirilməsi ərazinin iqtisadiyyatının səmərəli
fəaliyyəti üçün əas faktordur, lakin yeganə deyildir. Optimal strukturun
müəyyənləşdirilməsi işin yarısıdır. Əsas məsələ bələdiyyə mülkiyyəti
obyektlərinin rasional idarə sisteminin təşkil edilməsidir.
Son
olaraq onu qeyd etmək istərdim ki, düzgün qurulmuş bələdiyyələr yerli
problemləri vaxtında müəyyənləşdirib həll etməkdə geniş səlahiyyətlərə malikdir.
Lakin zəngin əmlak bazası və etibarlı maliyyə sistemi yaradılmazsa,
səlahiyyətlər praktik əhəmiyyətini itirir. Azərbaycanda hələlik mülkiyyətin
mütləq əksəriyyəti, o cümlədən istehsal obyektləri, topaq, tikililər, ən
başlıcası isə mülkiyyətə və maliyyəyə sərəncam vermək ixtiyarı dövlətin
əlindədir. Bu zəngin mülkiyyətdən bələdiyyələrə pay ayrılmayınca onların praktik
iş görməsini müşahidə etmək mümkün olmayacaqdır.
|